• Bakı C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Ukrayna Britaniya raketləri ilə Rusiyaya zərbə endirdi

DÜNYA

25 Dekabr 2025 | 17:26

Ukrayna Britaniya raketləri ilə Rusiyaya zərbə endirdi

Ukrayna ordusu Rusiyanın Rostov vilayətindəki Novoşaxtinsk neft emalı zavoduna zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, zərbə üçün “Storm Shadow” qanadlı raketlərindən istifadə olunub.

“Dekabrın 25-də Ukrayna Hərbi Hava Qüvvələrinin bölmələri hava bazalı “Storm Shadow” qanadlı raketləri ilə Rusiyanın Rostov vilayətindəki Novoşaxtinsk neft məhsulları zavoduna uğurlu zərbə endiriblər”, – məlumatda deyilir.

Qeyd olunur ki, zavod ərazisində çoxsaylı partlayışlar qeydə alınıb, hədəf uğurla vurulub.

Baş Qərargahdan o da bildirilib ki, Novoşaxtinsk zavodu Rusiyanın cənub bölgəsində ən iri neft məhsulları tədarükçülərindən biridir. Zavod həmçinin Ukraynada olan Rusiya ordusunun bölmələrini birbaşa neft məhsulları, xüsusilə dizel və aviasiya yanacağı ilə təmin edir./APA 


SON XƏBƏRLƏR