Təcrübəli yarımmüdafiəçi Qara Qarayev klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, futbolçunun müraciətini nəzərə alan klub rəhbərliyi ona xidmətlərinə görə təşəkkür edib, onunla mövsümün sonuna qədər olan müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi.
Bakı 




