• Bakı C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Basketbol Liqası: "Gəncə" "Sabah"la üz-üzə gələcək

İDMAN

24 Yanvar 2026 | 09:43

Basketbol Liqası: Gəncə Sabahla üz-üzə gələcək

Azərbaycan Basketbol Liqasının XIV turunda bu gün bir görüş keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, "Gəncə" evdə "Sabah"la üz-üzə gələcək.

A qrupunun qarşılaşması Gəncə İdman Sarayında, saat 14:00-da başlayacaq. "Sabah" 23 xalla qrupda 2-ci pillədə qərarlaşıb. 17 xala malik "Gəncə" isə dördüncüdür.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Sumqayıt" "Ordu"nu (100:96), "Quba" "Lənkəran"ı (86:68), "Naxçıvan" "Sərhədçi"ni (65:57) məğlub edib. XIV tura yanvarın 25-də yekun vurulacaq.


SON XƏBƏRLƏR

23 Yanvar 2026