• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

APL: Bu gün daha iki görüş baş tutacaq

İDMAN

24 Yanvar 2026 | 09:06 | Müəllif: Əli Hüseynov

APL: Bu gün daha iki görüş baş tutacaq

Misli Premyer Liqasının XVII turunda bu gün daha iki görüş baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə "Şamaxı" evdə "Qəbələ"ni qəbul edəcək.

Görüş Şamaxı şəhər stadionunda saat 14:00-da start götürəcək. Ayxan Abbasovun baş məşqçisi olduğu komada hazırda 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 11-ci yerdə olan "Qəbələ"nin isə 8 xalı var.

Günün son görüşü "Azərsun Arena"da "Qarabağ"la "Kəpəz" arasında keçiriləcək. Matç saat 16:30-da start götürəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 36 xalla turnir cədvəlində ikincidir. 10-cu yerdə olan "Kəpəz"in isə 9 xalı var.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. XVII tura yanvarın 25-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026