• Bakı C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək

İDMAN

24 Yanvar 2026 | 12:21

Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək

Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Gəncə İdman Sarayında keçiriləcək festival çərçivəsində fevralın 3-7-də yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı, növbəti gün qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi, 9-13 fevralda isə yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı təşkil olunacaq.

11 gün davam edəcək yarışlar Dünya Güləş Birliyinin (UWW) reqlamentinə uyğun keçiriləcək. Görüşləri yerli hakimlərlə yanaşı, xaricdən dəvət edilmiş ən ali (I-S) kateqoriyalı referilər idarə edəcək.

Çempionatlarda ilk "üçlük"də yer alan idmançılar müvafiq milli komandaların tərkibini formalaşdıracaqlar.

Qeyd edək ki, U-20 Azərbaycan çempionatının açılış mərasimi fevralın 3-də, U-17 yaş qrupunda isə fevralın 9-da olacaq. Gəncə İdman Sarayı ötən il güləş üzrə U-15 ölkə birinciliyinə də ev sahibliyi edib.


SON XƏBƏRLƏR

23 Yanvar 2026