• Bakı 12° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

“Liverpul”un əfsanəsi işsiz qaldı

İDMAN

26 Noyabr 2025 | 20:50

“Liverpul”un əfsanəsi işsiz qaldı

"Liverpul"un əfsanəvi kapitanı Stiven Cerrardın gələn ilin aprelinə qədər hər hansısa Britaniya klubuna rəhbərlik etməyəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssisin fəaliyyətinə fasilə verməsi vergi qanunvericiliyi ilə əlaqəlidir. Belə ki, yanvarda Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubundan ayrılan Cerrard yaz fəslinə qədər Böyük Britaniyada işə başlayarsa, Səudiyyə Ərəbistanındakı qazancının 45 faizini vergi kimi ödəmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, adı son vaxtlar “Midlsbro” və sabiq komandası “Reyncers”lə hallanan ingiltərəli çalışdırıcı maliyyə itkisinə yol verməmək üçün müvəqqəti olaraq gələn təklifləri qəbul etməyib.


SON XƏBƏRLƏR