• Bakı 13° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

"Barselona"nın 53 oyunluq seriyası başa çatdı

İDMAN

26 Noyabr 2025 | 18:28 | Müəllif: Subhan Mahmudov

"Barselona"nın 53 oyunluq seriyası başa çatdı

"Barselona"nın 53 oyunluq qol seriyası başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Çelsi" ilə matçda gerçəkləşib. Görüş London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Barselona" 53 oyun sonra ilk dəfə bir oyunda qol vura bilməyib. Kataloniya təmsilçisi bunu son dəfə 2024-cü il dekabrın 15-də “Leqanes”ə 0:1 hesabı ilə uduzduqları görüşdə yaşamışdı. O vaxtdan bəri "Barselona" ardıcıl 53 matçda ən azı 1 qol vurub.

Qeyd edək ki, "Barselona" hazırda ÇL-in turnir cədvəlində 7 xalla 15-cidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR