• Bakı 12° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Türkiyəli futbolçu İtaliya nəhənginə transfer olunur

İDMAN

26 Noyabr 2025 | 14:12

Türkiyəli futbolçu İtaliya nəhənginə transfer olunur

Türkiyə millisinin və Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun müdafiəçisi Merih Demiral karyerasını İtaliyada davam etdirə bilər.

Bakıvaxtı.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, 27 yaşlı futbolçu "Roma"nın qış transfer siyahısında yer alıb. "Canavarlar" qış pəncərəsində müdafiəçini komandaya qatmaq niyyətindədir və hazırda tərəflər arasında ilkin danışıqlar aparılır.

Merih Demiral karyerası ərzində "Alkanenense" və "Sportinq" (Portuqaliya), "Alanyaspor" (Türkiyə), "Sassuolo", "Yuventus" və "Atalanta" (İtaliya) klublarında çıxış edib. 2023-cü ildən etibarən isə Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda oynayır.

Onun "Əl-Əhli" ilə mövcud müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.


SON XƏBƏRLƏR