• Bakı 20° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Starmer: Yeni anti-Rusiya sanksiyalarının təsiri əhəmiyyətlidir

İQTİSADİYYAT

28 Oktyabr 2025 | 14:27

Starmer: Yeni anti-Rusiya sanksiyalarının təsiri əhəmiyyətlidir

Kiyev və onun tərəfdarları üçün vəziyyət ABŞ-nin Rusiya neft şirkətlərinə qarşı sanksiyaları və Aİ-nin 19-cu sanksiyalarından sonra yaxşılaşıb. 

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Keir Starmer deyib.

Onun sözlərinə görə, yeni sanskiyalar paketi Rusiya iqtisadiyyatına ciddi təsir göstərib:

"İndi bizim üçün vəziyyət yaxşılaşıb. Biz sanksiyalar üzərində işi davam etdirməliyik. Bu, mənim və Aİ-nin qiymətləndirməsidir".

Xatırladaq ki, bu yaxınlarda ABŞ Rusiyanın iki neft şirkətinə "Rosneft" və "Lukoil"a qarşı sanksiyalar tətbiq etmək qərarını açıqladı. Sanksiyalar həmçinin "Lukoyl"un altı törəmə müəssisəsini və "Rosneft"in təxminən 30 törəmə müəssisəsini hədəf alıb. Avropa İttifaqı da öz növbəsində Rusiyaya qarşı sanksiyaların 19-cu paketini qəbul edib və elan edib ki, artıq 20-ci paket üzərində iş gedir.

Gülşən Şərif


SON XƏBƏRLƏR