• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstan sözünü tutdu: TIR-larımızla bağlı yeni xəbər - YENİLƏNİB

İQTİSADİYYAT

26 Noyabr 2025 | 22:10 | Müəllif: Subhan Mahmudov

Gürcüstan sözünü tutdu: TIR-larımızla bağlı yeni xəbər - YENİLƏNİB

Batumidə və Tbilisidə 20 gündən artıq saxlanılan Azərbaycana aid yük avtomobillərinin problemi həll edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə report-a yük avtomobillərindən birinin sürücüsü Aslan Kərimov deyib.

O qeyd edib ki, artıq praktiki proseslər başlayıb:

"Report" problemi işıqlandırdıqdan sonra məsələdə irəliləyiş baş verdi. Hazırda gömrükdə saxlanılan Azərbaycan maşınlarının yükləri keçid üçün hazırlanır. Batumi və Tbilisi terminallarında vəziyyət normallaşmağa başlayıb".

Onun sözlərinə görə, bu, təkcə tütün yükləri deyil, ərazidə gözləyən digər yük maşınları da buraxılışa hazırlanır:

"Artıq proses başlayıb. Təkcə tütün deyil, digər bütün yük maşınlarını da buraxılışa hazırlaşdırırlar. Görünür, artıq məsələ yoluna qoyulur. Avtomaşınlara vurulan möhürlər açılıb və sabah səhərdən avtomobillər yola düşəcəklər".

Həm Azərbaycanın bu ölkədəki səfirliyi, həm də Gürcüstanın əlaqədar qurumları məsələnin operativ həll olunduğunu təsdiqləyirlər.

Xatırladaq ki, Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri buraxılmırdı. Azərbaycanın Gürcüstandakı səfirliyi bu məsələni nəzarətə götürüb və səfirliyin nümayəndələri Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüşlər keçiriblər. Danışıqlardan sonra qarşı tərəf məsələnin çox qısa zamanda tam həll olunacağına söz verib.

 

19:34

Batumi və Tiflis gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri (TIR) ilə bağlı məsələ qısa zamanda həll olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün səfirliyin əməkdaşları Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüş keçiriblər və danışıqlar çərçivəsində qarşı tərəf məsələnin qısa zamanda həll olunacağına söz verib.

Xatırladaq ki, tütün məmulatları daşıyan Azərbaycana məxsus yük maşınları bir müddət əvvəl Gürcüstan sərhəd-keçid məntəqəsində heç bir səbəb göstərilmədən saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026