• Bakı 12° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Azərbaycanda kimlər icbari tibbi sığortadan kənarda qalacaq?

İQTİSADİYYAT

26 Noyabr 2025 | 22:51

Azərbaycanda kimlər icbari tibbi sığortadan kənarda qalacaq?

Azərbaycan hökuməti universal tibbi sığorta modelindən imtina etdi. Bu imtina ən azı 4 milyon nəfərə yaxın insanı icbari tibbi sığorta mexanizmindən kənarda qoyacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev deyib. 

O, bu mexanizmdən kənarda qalacaq vətəndaşları belə təsnif edib:

1. Əmək müqaviləsi və mülki-hüquqi xarakterli müqavilələrlə işləməyən, sahibkar kimi qeydiyyatda olmayan əmək qabiliyyətli yaşda (15-65 yaş) əhali, başqa yerdə rəsmi ödənişli olmayan, adına pay torpağı olan, lakin bələdiyyələrdə ailə kəndli təsərrüfatı kimi uçota alınmayan əmək qabiliyyətli yaşda əmək qabiliyyətli yaşda əhali. Bu əhali kateqoriyasının sayı 3 milyon nəfərə yaxındır.

2. Müxtləlif səbəblərə işçi qüvvəsinə daxil olmayan əmək qabiliyyətli yaşda sağlam əhali. Bura ev işlərini yerinə yetirən, ailə üzvlərinə qulluq edən evdar qadınlar, iş tapmağa ümidini itirdiyi üçün rəsmi kanallarla iş axtarmağı dayandıran və işsiz kimi qeydiyyatdan keçməyən insanlar daxildir. Bu əhali qruplarına isə 1 milyon nəfərə yaxın insan daxildir.

Demək, universal tibbi sığorta modelindən imtina az qala ölkə əhalisinin 40%-ni dövlət hesabına tibbi sığorta almaq imkanından məhrum buraxdı.


SON XƏBƏRLƏR

26 Noyabr 2025