• Bakı 12° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

TDT Həmrəylik Forumu: Birlik və koordinasiya yeni mərhələyə keçir

SİYASƏT

26 Noyabr 2025 | 17:02

TDT Həmrəylik Forumu: Birlik və koordinasiya yeni mərhələyə keçir

“Prezidentin rəhbərliyi ilə Türk Dövlətləri Təşkilatının daha da gücləndiyinin, daha da möhkəmləndiyinin şahidi oluruq”.

Bunu Bakıvaxtı.az-a deputat Ceyhun Məmmədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Azərbaycanda keçirilən Həmrəylik forumuna münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müasir dövrdə qarşımızda duran ən vacib və mühüm vəzifələrdən biri türk dünyasının birliyinin və həmrəyliyinin güclənməsidir:

"Bu istiqamətdə səylərin artırılması yönündə birgə addımların atılması zəruridir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin QHT-lərinin birgəvə kordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi Prezidentin də qeyd etdiyi kimi bu prosesə çox mühüm töhfə verə bilər. Ümumiyyətlə, son dövrlər türk dövlətləri arasında əlaqələrin güclənməsi müşahidə olunur ki, bu da münasibətlərin daha da dərinləşməsinə öz müsbət töhfəsini verir”.

Ceyhun Məmmədov: Azərbaycan TDT-nin güclənməsinə öz töhfəsini verir

Müsahibimiz hesab edir ki, TDT çərçivəsində əməkdaşlıq münasibətlərin gələcəyi baxımından çox önəmlidir:

“İkigünlük Forumda, panel iclaslarında da kifayət qədər mühüm məsələlər müzakirə olunur, geniş fikir mübadiləsi aparılır. Bunlar çox önəmli nailiyyətlərdir”.

“Azərbaycan da hər zaman olduğu kimi TDT ölkələrinin birgə fəaliyyətinə həm əlverişli imkanlar yaradır, həm də təşkilatın güclənməsinə öz töhfəsini verir", - deyə Ceyhun Məmmədov əlavə edib.

Qeyd edək ki,Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Azərbaycanda Həmrəylik forumu keçirilib. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib.

Aydın Baxış


SON XƏBƏRLƏR