• Bakı C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

RƏSMİ: Azərbaycanda “Rus Evi” yenidən açılır?

SİYASƏT

26 Dekabr 2025 | 15:54

RƏSMİ: Azərbaycanda “Rus Evi” yenidən açılır?

"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu üçün 2025-ci ilin fevral ayından etibarən rəsmi şəkildə bildirildi ki, bu formatda fəaliyyət qəbuledilməzdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.

Nazirin sözlərinı görə, istənilən xarici qurumun ölkələr arasında fəaliyyət göstərməsi üçün Azərbaycan qanunvericiliyinə tam uyğunluq əsas şərtdir. Sözügedən qurumun fəaliyyəti bu tələblərə cavab vermədiyi, o cümlədən, müəyyən sahələrdə pozuntular aşkar olunduğu üçün müvafiq qərar qəbul edildi:

“Bir daha vurğulamaq istəyirəm ki, istənilən ölkənin və ya qurumun Azərbaycanda fəaliyyəti yalnız milli qanunvericiliyə hörmət və ona əməl prinsipi əsasında mümkündür”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR