• Bakı C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Qazaxın qaytarılan 4 kəndi ilə bağlı XİN-dən AÇIQLAMA

SİYASƏT

26 Dekabr 2025 | 16:42

Qazaxın qaytarılan 4 kəndi ilə bağlı XİN-dən AÇIQLAMA

“2024-cü ildə Azərbaycanla Ermənistan arasında razılaşma əsasında Azərbaycanın işğal altında olmuş 4 kəndinin geri qaytarılması delimitasiya prosesində mühüm və real nəticə idi. Bu addım uzun müddət davam edən danışıqların və qarşılıqlı səylərin ilk konkret uğuru kimi qiymətləndirilə bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.

Nazir qeyd edib ki, hazırda digər kəndlərin, eləcə də anklav və eksklav məsələlərinin vəziyyəti delimitasiya və demarkasiya prosesinin ümumi kontekstində müzakirə olunur. Bu proses öz mahiyyətinə görə son dərəcə mürəkkəbdir. Burada təkcə texniki deyil, eyni zamanda siyasi, hüquqi və tarixi amillər mövcuddur:

“Delimitasiya üzrə birgə komissiya çərçivəsində müntəzəm görüşlər keçirilir. Mən konkret olaraq bir neçə görüşü qeyd edə bilərəm, lakin sizi əmin etmək istəyirəm ki, proses yalnız bu görüşlərlə məhdudlaşmır, paralel şəkildə müxtəlif istiqamətlər üzrə işlər davam etdirilir. Bu müddət ərzində mühüm irəliləyişlər əldə olunub və ümumi yanaşma baxımından razılıq formalaşıb”.

Ceyhun Bayramov qeyd edib ki, anklav və eksklav məsələləri də diqqət mərkəzindədir və delimitasiya prosesinin tərkib hissəsi kimi öz həllini tapmalıdır:

“Hesab edirik ki, sülh razılaşması kontekstində yaranacaq dinamika bu prosesə əlavə impuls verəcək. Eyni zamanda, 2026-cı ildə də delimitasiya və demarkasiya istiqamətində konkret inkişafların şahidi olacağımıza inanırıq”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR