• Bakı C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Bu qəsəbənin bəzi ərazilərində işıq olmayacaq

CƏMİYYƏT

26 Dekabr 2025 | 12:58

Bu qəsəbənin bəzi ərazilərində işıq olmayacaq

Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Bakıvaxtı.az-a verilən məlumata görə, dekabrın 26-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 13:00-dan 18:00-dək Ramana qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələrlə məhdudiyyət yaranacaq.

"Təmir işləri yekunlaşdıqdan sonra yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

25 Dekabr 2025