• Bakı 12° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sahibə Qafarova Bəhreyndədir - FOTOLAR 

CƏMİYYƏT

25 Yanvar 2026 | 10:03 | Müəllif: Zeynəb Rzayeva

Sahibə Qafarova Bəhreyndədir - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 16-cı Plenar Sessiyasının açılış mərasimində iştirak etmək üçün Bəhreyn Krallığına səfərə gedib.

Bu barədə Bakıvaxtı.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Bəhreyn Beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Bəhreyn Nümayəndələr Şurası sədrinin birinci müavini Abdulnabi Salman Ahmed, Nümayəndələr Şurası sədrinin ikinci müavini Ahmed Abulvahed Qarata, Nümayəndələr Şurasının komitə sədrləri Mahmud Merza Farda, Ahmed Sabah Al-Salloom, Hasad Eid Buxammas, Mamdooh Abbas Al-Saleh, Mohamed Moosa Mohamed, deputat Zainap Abdulameer Xalil və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın APA-nın 16-cı sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.


Sahibə Qafarova Bəhreyndədir - FOTOLARSahibə Qafarova Bəhreyndədir - FOTOLARSahibə Qafarova Bəhreyndədir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026