• Bakı C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

SOCAR-ın əməkdaşı faciəvi şəkildə öldü

CƏMİYYƏT

25 Yanvar 2026 | 12:04

SOCAR-ın əməkdaşı faciəvi şəkildə öldü

Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə srağagün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı minik avtomobili yolu keçmək istəyən 1981-ci il təvəllüdlü İsmayılov Taleh Teyyub oğlunu vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Qeyd edək ki, iki uşaq atası olan T.İsmayılov SOCAR-ın Dalğıc və Qəza-Xilasetmə İdarəsində çalışıb. O, işdən qayıdarkən Ələt-Astara avtomobil yolunda nəqliyyat vasitəsindən düşərək evinə gedən zaman qəzanın qurbanı olub.

Faktla bağlı araşdırma aparılır.

 


SON XƏBƏRLƏR

24 Yanvar 2026