• Bakı C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Nazir: Azərbaycana olan yanaşmada ikili standartlar barizdir 

CƏMİYYƏT

26 Dekabr 2025 | 16:02

Nazir: Azərbaycana olan yanaşmada ikili standartlar barizdir 

İllər ərzində biz müəyyən mexanizmlərdən siyasi təzyiq aləti kimi istifadə olunması cəhdlərini dəfələrlə müşahidə etmişik. Bu proseslər zamanı Azərbaycan və qonşu dövlətlərə münasibətdə açıq şəkildə fərqli yanaşmalar, ikili standartlar ortaya çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.

Nazirin sözlərinə görə, bunu konkret nümunələr üzərindən izah etmək mümkündür. 2023-cü ildə Azərbaycan öz ərazisində antiterror əməliyyatı həyata keçirdi. Ondan əvvəlki üç il ərzində separatizmin yolverilməzliyi ilə bağlı siyasi reinteqrasiya çağırışları, xüsusi nümayəndələr vasitəsilə verilən mesajlar faktiki olaraq nəzərə alınmadı. Bu mövqe beynəlxalq platformalarda da lazımi reaksiya doğurmadı:

“Lakin əməliyyatdan dərhal sonra Azərbaycana qarşı neqativ yanaşmalar və siyasi təzyiqlər müşahidə olundu. Bir müddət keçdikdən sonra isə bu proseslər Avropa Şurası Parlament Assambleyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin dayandırılması ilə nəticələndi. Sonradan bu qərara müxtəlif izahatlar verilməyə çalışılsa da, mahiyyət dəyişmədi”.

Baş diplomat qeyd edib ki, bu yanaşma ikili standartların bariz nümunəsidir və Azərbaycanın atdığı addımların mahiyyəti ilə deyil, siyasi mövqeyi ilə bağlıdır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR