Dekabrın 26-da Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən 2025–2026-cı illərin qış mövsümünə hazırlıq çərçivəsində təsdiq edilmiş tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq.
İdarədən Bakıvaxtı.az-a bildirilib ki, təmir-bərpa 35/10 kv- luq Naxçıvan yarımstansyasından çıxan 10-kV-luq 19 nömrəli elektrik verilişi hava xəttində həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 15-dən 17-dək Naxçıvan şəhərinin 56, 58 və 60-cı məhəllələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.
Bakı 




