• Bakı C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Bakı metrosunda retro vaqonlar nümayiş etdiriləcək

CƏMİYYƏT

26 Dekabr 2025 | 16:05

Bakı metrosunda retro vaqonlar nümayiş etdiriləcək

"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasında retro vaqonlar yenidən nümayiş olunacaq.

Bakıvaxtı.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Bildirilib ki, qonaqlar dekabrın 27-dən 30-dək xüsusi görünüşlü, qeyri-adi formalı vaqonlarla yaxından tanış ola, tarixləri haqda maraqlı məlumatlar ala, qatarın salonunda şəkil və video çəkərək xəyalən keçmişə səyahət edə bilərlər.

"Retro vaqonlar qarşıdakı 4 gündə səhər saat 10:00-dan axşam saat 22:00-a qədər sərnişinlərin ziyarətinə açıq olacaq.

Bundan əlavə, dekabrın 30-31-də Bakı metropoliteninin stansiyalarında Yeni ilin rəmzləri sayılan Şaxta baba və Qar qız balaca sərnişinlərimizin görüşünə gələrək onları əyləndirəcək, azyaşlılara simvolik bayram hədiyyələri təqdim edəcəklər", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR