• Bakı C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Ceyhun Bayramov: Separatçı qüvvəyə rahatlıqla viza verilir

CƏMİYYƏT

26 Dekabr 2025 | 16:09

Ceyhun Bayramov: Separatçı qüvvəyə rahatlıqla viza verilir

Hazırda Məhkəmə qarşısında cavab verən David Babayan Azərbaycanın dəfələrlə etdiyi etirazlara baxmayaraq, uzun müddət özünü “xarici işlər naziri” kimi təqdim edib və bir sıra paytaxtlara rahat şəkildə səfər edib. Söhbət rəsmi şəkildə tanınmayan, qeyri-qanuni bir qurumun nümayəndəsindən gedir. Buna baxmayaraq, həmin şəxsə 12-13 viza verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.

Nazir bildirib ki, şəxsiyyəti və statusu hər kəsə bəlli olan, heç bir dövlət tərəfindən tanınmayan separatçı bir nümayəndəyə bu qədər rahat viza verilməsi açıq-aşkar suallar doğurur:

“Bu faktlar ikili standartların mövcudluğunu açıq şəkildə göstərir. Azərbaycan heç bir Cənubi Qafqaz ölkəsinə qarşı qərəzli mövqe tutmur və normal münasibətlərin inkişafında maraqlıdır. Lakin Azərbaycana münasibətdə fərqli və qeyri-obyektiv yanaşmalar tətbiq edildikdə, biz bunu açıq şəkildə qeyd etməyə və diqqətə çatdırmağa məcburuq”.

Ceyhun Bayramov bildirir ki, bu nümunələr siyasi bəyanatlar və real yanaşmalar arasında ciddi uyğunsuzluğun mövcudluğunu göstərir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR