• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Fazil Mustafa: Elektron siqaret qadınlar üçün də təhlükədir

CƏMİYYƏT

26 Dekabr 2025 | 12:42 | Müəllif: Əli Hüseynov

Fazil Mustafa: Elektron siqaret qadınlar üçün də təhlükədir

Elektron siqaret artıq yalnız kişilər üçün deyil, həmçinin qadınlarımız və qız övladlarımız üçün də ciddi təhlükə yaradır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa söyləyib.

O, bildirib ki, bu tendensiyanın qarşısının alınması cəmiyyətin sağlamlığı üçün vacibdir və dövlət bu məsələdə vətəndaşların sağlamlığının qorunmasına xüsusi diqqət göstərir.

Deputat əlavə edib ki, qanunvericilikdəki dəyişikliklər elektron siqaret istifadəsinin yayılmasının qarşısını almağa və xüsusilə gənc nəslin nikotinlə bağlı risklərdən qorunmasına xidmət edəcək.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026