• Bakı C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

XİN: Türkiyənin Azərbaycana dəstəyi unikaldır

CƏMİYYƏT

26 Dekabr 2025 | 16:15

XİN: Türkiyənin Azərbaycana dəstəyi unikaldır

Türkiyə Respublikası Azərbaycan üçün Qarabağ məsələsində əsas müttəfiq və qardaş ölkədir. Azərbaycan-Türkiyə əlaqələrinin təməlində tarixi bağlar, qardaşlıq, dostluq və iki ölkə arasında mövcud olan səmimi münasibətlər dayanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.

Nazirin sözlərinə görə, Türkiyə Azərbaycan üçün xüsusilə həssas olan Azərbaycan-Ermənistan münasibətləri məsələsində işğal dövründən etibarən daim Azərbaycanın yanında olub. Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstək unikal xarakter daşıyır və bu, heç bir başqa ölkə ilə müqayisə edilə bilməz:

“Bu gün də iki ölkə arasında koordinasiyalı fəaliyyət davam etdirilir və məhz bu əməkdaşlıq müsbət nəticələrin əldə olunmasına imkan yaradıb. Son dövrlərdə Türkiyə tərəfinin verdiyi rəsmi açıqlamalarda da açıq şəkildə bildirilib ki, Türkiyənin Ermənistanla münasibətləri Azərbaycan-Ermənistan münasibətlərinin gedişindən birbaşa asılıdır”.

Ceyhun Bayramov qeyd edir ki, bundan sonra da bu istiqamətdə tam koordinasiyalı və ardıcıl siyasət davam etdiriləcək.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR