Elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi aprelin 1-dən qadağan ediləcək. Bu, parlamentin bugünkü plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib.
Qanun layihəsinə görə, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı kateqoriyasına daxildir. Elektron siqaret qida məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya tərkibsiz buxarı nəfəs yolu ilə insan orqanizminə daxil etmək üçün nəzərdə tutulmuş cihazdır. Onlar birdəfəlik və ya təkrar doldurulan kartriclərlə istifadə edilə bilər.
Qızdırılan tütün məmulatı isə elektron siqaret hesab olunmur. Bu məmulat tütündən və qeyri-tütün komponentlərdən ibarət olub, alışdırılmadan nikotin tərkibli aerozol yaratmaq üçün nəzərdə tutulub. Anlayışların dəqiqləşdirilməsi hüquq tətbiqində tütün məmulatlarının və elektron siqaretlərin düzgün təsnifinə imkan verəcək.
Əli Hüseynov
Bakı 




