• Bakı C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

İlham Əliyev: Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər

SİYASƏT

26 Dekabr 2025 | 14:09

İlham Əliyev: Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər

“Bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıbdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.

Dövlət başçısı bildirib ki, yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir: “Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da - Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir”.


SON XƏBƏRLƏR