• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Göyçayda heyvan bazarı müasir tələblərə uyğunlaşdırıldı - FOTOLAR

    CƏMİYYƏT

    26 Dekabr 2025 | 17:59

    Göyçayda heyvan bazarı müasir tələblərə uyğunlaşdırıldı - FOTOLAR

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının müvafiq qərarına uyğun olaraq ölkə ərazisində heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən tədbirlər davam etdirilir.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Göyçay rayonunda yerləşən heyvan bazarında da müasir tələblərə uyğunlaşdırma işləri həyata keçirilib.

    Bazar ərazisində asfalt örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, giriş-çıxış nöqtələrində dezbaryerlər yaradılıb. Eyni zamanda, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar təşkil edilib.

    Bundan əlavə, qida təhlükəsizliyi və sanitar tələblərin təmin edilməsi məqsədilə iaşə obyektləri bazar ərazisindən kənara çıxarılıb.

    Yaxın günlərdə biotəhlükəsizlik tələblərinə uyğun qurulan Göyçay və digər heyvan satışı bazarlarının açılması məsələsinə baxılacaq.

    Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.


    SON XƏBƏRLƏR