• Bakı 12° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı azaldı

CƏMİYYƏT

26 Noyabr 2025 | 16:09

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı azaldı

2025-cü ilin yanvar-oktyabr ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 1 milyon 774,9 min nəfər olub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 22,1 faiz, İrana gedənlərin sayı 4,3 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,8 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 42,0 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,2 faizi İrana, 23,4 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,7 faizini kişilər, 36,3 faizini qadınlar təşkil edib.

Qeyd edilib ki, 2025-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 70,3 faizi hava, 27,8 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.


SON XƏBƏRLƏR