Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 20 milyon 492.09 min dollar dəyərində 21 min 383.28 min tondan çox nar ixrac edilib.
Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 24.9 faiz və ya 4 milyon dollar, həcm baxımından isə 14.9 faiz və ya 2.7 min ton çoxdur. Ötən ilin ilk 10 ayında ümumi dəyəri 16 milyon 400 min dollar olar 18 min 606.38 ton nar ixrac edilmişdi.
Narın ümumi ixracda xüsusi çəkisi 0.09 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0.69 faizə bərabər olub.
Qeyd edək ki, bu ilin 10 ayı ərzində ölkədən 695.4 milyon dollar dəyərində 660.4 min tondan çox meyvə və tərəvəz ixrac edilib.
Bakı 



