• Bakı 13° C

    7.47 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Məcnun Məmmədov Gürcüstanda rəsmi səfərdədir

SİYASƏT

26 Noyabr 2025 | 18:00

Məcnun Məmmədov Gürcüstanda rəsmi səfərdədir

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdədir.

Bakıvaxtı.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində nazir qonşu ölkənin Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze, Gürcüstan Parlamentinin Aqrar Komitəsinin sədri Gela Samxarauli ilə görüşəcək. İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək geniş tərkibli görüşlərdə aqrar sahədə əməkdaşlığın genişləndirilməsinə dair aktual mövzuların müzakirəsi nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyətinin təsərrüfatlara və kənd təsərrüfatı məhsullarının emal müəssisələrinə səfəri də planlaşdırılır.


SON XƏBƏRLƏR