• Bakı 12° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Zəngəzur dəhlizində işlər 2030-cu ildə başa çatacaq - Türkiyəli nazir

İQTİSADİYYAT

26 Noyabr 2025 | 22:44

Zəngəzur dəhlizində işlər 2030-cu ildə başa çatacaq - Türkiyəli nazir

"Zəngəzur dəhlizində işlər 2030-cu ildə başa çatacaq”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

O bildirib ki, Azərbaycan tərəfi Naxçıvan tərəfindəki dəmiryollarını təmir edir və onu Ermənistan sərhədinə qədər çatdıracaq. Görüşəcək işlər çərçivəsində həm dəmiryolu, həm də quru yolu inşa ediləcək.

Nazir həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin Horadizdən Bakıya qədər olan yol hissəsində tikinti işləri artıq tamamlanıb. Ümumilikdə isə Zəngəzur dəhlizində işlərin 2030-cu ildə başa çatacağı gözlənilir.


SON XƏBƏRLƏR