"ABŞ-nin Ukraynadakı münaqişənin həllinə sadiqliyini alqışlayırıq, lakin Avropa ilə bağlı məsələlər yalnız onun razılığı ilə həll edilə bilər".
Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
"Mən Birləşmiş Ştatların bu münaqişənin həlli ilə bağlı davamlı öhdəliyini alqışlayıram. Bunu ötən cümə günü prezident ABŞ Donald Trampa telefon danışığı zamanı dedim. Amma Ukrayna, Avropa və Amerika ilə müttəfiqliyimiz üçün bu taleyüklü məqamda mən də aydınlaşdırmaq istəyirəm ki, Avropa məsələləri yalnız Avropa ilə məsləhətləşmələr yolu ilə həll oluna bilər. Avropa girov deyil, öz maraqları və dəyərlərini əsas götürür", - Merz qeyd edib.
Zeynəb Rzayeva
Bakı 



