"Astanada keçirilən Silk Way Star finalında Azərbaycanı münsiflər heyətində təmsil etmək mənim üçün böyük şərəf idi. Bu layihənin yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Respublikası, Jibek Jolly və Silk Way Star komandasına səmimi təşəkkürümü bildirirəm".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Samirə Əfəndi deyib.
"Finalçıların hər biri yüksək səviyyəli, istedadlı və səhnə mədəniyyətinə malik ifaçı idi; onların hər biri öz unikal səsi, performansı və yaradıcılığı ilə finala layiq görülmüşdü. Buna görə də 12 ölkədən finala çıxan 7 ölkənin hər birini ən yüksək xal ilə qiymətləndirdim:
• Çin — 12 xal
• Ermənistan — 12 xal
• Gürcüstan — 12 xal
• Qazaxıstan — 12 xal
• Malayziya — 12 xal
• Monqolustan — 12 xal
• Özbəkistan — 12 xal
Bakı 



