• Bakı C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Vəfa Şərifovanı təhqir edən qadınla bağlı QƏRAR

ŞOU

26 Dekabr 2025 | 09:29

Vəfa Şərifovanı təhqir edən qadınla bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində sosial şəbəkədə müğənni Vəfa Şərifovanı təhqir etdiyinə görə barəsində xüsusi ittiham qaydasında qərar çıxarılımış Arzu Məmmədovanın apellyasiya şikayətinə baxılıb.

Bakıvaxtı.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Arzu Məmmədova 2024-cü ilin noyabr ayında "TikTok" platformasında "zuzu_muzisiyev" adlı hesabla Vəfa Şərifovanı təhqir edib.

Xocavənd Rayon Məhkəməsinin qərarı ilə Arzu Məmmədova Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək 480 saat ictimai işlərə cəlb olunub.


SON XƏBƏRLƏR

25 Dekabr 2025