• Bakı C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Putin iki dəfə üzr istəsə də, problem açıq qalır: Kreml gərginliyi uzadır

SİYASƏT

26 Dekabr 2025 | 10:57

Putin iki dəfə üzr istəsə də, problem açıq qalır: Kreml gərginliyi uzadır

“Rusiya tərəfindən gördüyümüz yanaşma və fəaliyyət ikili standartlardan xəbər verir”.

Bunu politoloq Fuad Abbasov Yekaterinburqun Kirov Rayon Məhkəməsinin Azərbaycan diaspor nümayəndələrinin həbs müddətini uzatmasına münasibət bildirərkən Bakıvaxtı.az-a deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycan diasporunun fəaliyyətinə təzyiq göstməklə Bakıya mesaj verir ki, Cənubi Qafqazda fəaliyyətlər Rusiyanın razılığı olmadan mümkün deyil:

"Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin ad günündə zəng edərək dövlət başçısını təbrik etdi və iki ölkə arasındakı münasibətlərə müsbət təsir göstərəcək mesajlar verildi. Amma digər yandan, Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının liderlərinin qeyri-rəsmi görüşündə Azərbaycan Prezidentinin iştirak etməməsi Moskva üçün gözlənilməz oldu. Ancaq görünən odur ki, Düşənbədə Azərbaycan və Rusiya dövlət başçılarının görüşündən bir müddət sonra Kreml yenə ikili oynamağa başladı. Həmin görüşdə Putin AZAL-ın təyyarəsinin qəzaya uğramasına görə üzr istəsə də, ötən müddət ərzində verilən sözlər tutulmadı. Bu azmış kimi görüşdən sonra Azərbaycan diaspor liderlərinə qarşı təzyiqlər davam etdi. Smolensk şəhərində azərbaycanlı diaspor lideri həbs olundu və hələ də həbsdədir. Rusiyada soydaşlarımıza qarşı təzyiqlər davam etdirilir".

Fuad Abbasov: Təyyarə məsələsinin uzanması Kremlin bu məsələdən mümkün qədər istifadə etmək niyyətini ortaya qoyur

F.Abbasov qeyd edib ki, Moskva diaspor nümayəndələrimizin Azərbaycanın həssas yeri olduğunu çox yaxşı bilir və bundan yararlanır. Müsahibimiz vurğulayıb ki, ona görə də məhz Rusiyadakı azərbaycanlılar üzərindən Bakıya təzyiq göstərməyə çalışır:

“İstənilən halda Kremlin gərginliyi uzatmaqda maraqlı olduğu görünür. Çünki gərginliyin uzanması Rusiyanın müəyyən vasitələrlə Azərbaycana daha çox təzyiq göstərməsinə yol açır”.

Müsahibimiz vurğulayıb ki, təyyarə məsələsinin uzanması, kompensasiya ödənilməməsi Kremlin bu məsələdən mümkün qədər istifadə etmək niyyətini ortaya qoyur:

“Putinin Azərbaycandan iki dəfə üzr istəməsinə rəğmən, problemin hələ də həll olunmaması da bunun bariz nümunəsidir".

Aydın Baxış


SON XƏBƏRLƏR

25 Dekabr 2025