• Bakı C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

“Museum Construction” MMC 20 min manat cərimələndi

CƏMİYYƏT

26 Dekabr 2025 | 09:08

“Museum Construction” MMC 20 min manat cərimələndi

“Museum Construction” MMC əmək müqaviləsi olmadan işçi çalışdırdığına görə inzibati məsuliyyətə cəlb edilib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov tərəfindən şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmədə müəyyən edilib ki, “Museum Construction” MMC Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərini pozaraq əmək münasibətlərini elektron informasiya sistemində qeydiyyata almadan, əmək müqavilələri hüquqi qüvvəyə minmədən Gəncə şəhəri Hacıkənd qəsəbəsində yerləşən “Cəsur Döyüşçü” adlı mağazanın ətraf ərazilərinin və hasarının təmiri işlərinə 3 nəfər usta vəzifəsində işə cəlb edib.

Gəncə şəhər prokurorunun köməkçisi məhkəmə iclasında bildirib ki, MMC tərəfindən işçilərin əmək müqaviləsi olmadan işlədilməsi faktı inzibati xəta tərkibi yaradır və şirkətin məsuliyyətə cəlb olunması zəruridir.

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə “Museum Construction” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20 min manat məbləğində inzibati cərimə edilib.


SON XƏBƏRLƏR

25 Dekabr 2025