Aktrisa Məsumə Babayevanın dəfn mərasiminin vaxtı və məkanı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, mərhumun dəfn mərasimi yanvarın 25-də 12:00-da Suraxanı rayonu, Vahid Xəlilov küçəsi 23A ünvanında, Qış klubunun yaxınlığında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.
***
18:14
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.
Qeyd olunub ki, 74 yaşlı M.Babayeva bu dəqiqələrdə vəfat edib.
Xatırladaq ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub.
Bakı 




