• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

34 yaşlı belçikalı qadın Fransada evdə ölü tapıldı

CƏMİYYƏT

26 Dekabr 2025 | 09:49 | Müəllif: Ayyət Əhməd

34 yaşlı belçikalı qadın Fransada evdə ölü tapıldı

Bu gün 34 yaşlı belçikalı qadının 36 yaşlı partnyorunun evində bədənində bir neçə qançırlar olan meyiti tapılıb. Bundan sonra kişi saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “LeFigaro.fr” Polisdəki mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, 34 yaşlı belçikalı qadın günorta saatlarında Lill şəhərində partnyorunun evində ölü tapılıb.

Mənbə əlavə edib ki, polis əməkdaşları mənzildə zorakılıq əlamətləri, eləcə də zərərçəkənin bədənində qançırlar aşkar ediblər.

Xəbərdə qeyd olunur ki, Fransada hər gün üç qadın partnyorları tərəfindən zorakılığa məruz qalır. Qadınların Müdafiəsi üzrə Nazirliklərarası Missiyanın (Miprof) 2024-cü il məlumatlarına görə, Fransada hər gün üçdən çox qadın zorakılığa məruz qalır.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026