• Bakı 20° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Özünü vəzifəli şəxsin qohumu kimi təqdim edərək dələduzluq etdi

HADİSƏ

26 Dekabr 2025 | 09:57 | Müəllif: Qalib İbrahimoğlu

Özünü vəzifəli şəxsin qohumu kimi təqdim edərək dələduzluq etdi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə müxtəlif şəxslərin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurmaqda şübhəli bilinən 38 yaşlı Nazim Həsənzadə saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, N.Həsənzadə özünü vəzifəli şəxslərdən birinin qohumu kimi təqdim edərək müxtəlif məbləğlərdə pul vəsatini ələ keçirib.

    Bundan başqa N.Həsənzadənin şirkətlərdən birinə maddi ziyan vurduğu da məlum olub. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, bundan əvvəl işə düzəltmək adı ilə daha iki şəxsə 20 min manata yaxın maddi ziyan vurduğuna görə N.Həsənzadə barəsində cinayət işi başlanılıb. Bir müddət əvvəl isə iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.


    Özünü vəzifəli şəxsin qohumu kimi təqdim edərək dələduzluq etdi
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    29 Sentyabr 2026