• Bakı C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

“Qırmızı Xaç” Bakıdakı ermənilərə baş çəkib

SİYASƏT

26 Dekabr 2025 | 09:24

“Qırmızı Xaç” Bakıdakı ermənilərə baş çəkib

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan bütün təqsirləndirilən ermənilərə baş çəkiblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistandakı BQXK-nın kommunikasiya rəhbəri Zara Amatuni bildirib.

O qeyd edib ki, nümayəndə heyətinin tərkibində bir həkim də olub.

"Prosedurlara uyğun olaraq, başçəkmə zamanı diqqət səhiyyə məsələlərinə, şəxslərin müalicəsinə və saxlanma şəraitinə yönəldilib", - Amatuni bildirib.

Ailələri onlara heç bir bağlama gətirməyiblər. Başçəkmə təşkilatın nümayəndələri ilə şəxsi görüşlər və vəziyyətin ümumi qiymətləndirilməsi ilə məhdudlaşıb./Modern.az


SON XƏBƏRLƏR

25 Dekabr 2025