• Bakı 10° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

"Bizi eşidən yoxdur, bəlkə, Eyyub Yaqubova qulaq asarlar" - VİDEO

ŞOU

24 Dekabr 2025 | 14:04

Bizi eşidən yoxdur, bəlkə, Eyyub Yaqubova qulaq asarlar - VİDEO

Xalq artisti Eyyub Yaqubov qatıldığı televiziya verilişlərindən birində maraqlı və diqqətçəkən hadisə yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, veriliş zamanı tamaşaçılardan biri sənətkara müraciət edərək yaşadığı ərazidə yol problemlərinin olduğunu bildirib və bu məsələdə ondan kömək istəyib.

O, Eyyub Yaqubovun məşhur "Abşeronum mənim" mahnısına istinad edərək, Abşeron rayonunun Məhəmmədi kəndində yolların bərbad vəziyyətdə olduğunu diqqətə çatdırıb.

Tamaşaçı qeyd edib ki, kənd sakinlərinin səsini aidiyyəti qurumlara çatdırmaq çətin olduğundan, bəlkə də tanınmış sənətkarın müraciəti daha çox eşidilər:

"Mən Məhəmmədi kəndində yaşayıram. Buradan səslənə bilərsiniz ki, kəndimizin yollarını düzəltsinlər. Bizə qulaq asan olmur, bəlkə sizin kimi sənətkarı eşidərlər".

Bu çağırış studiyada müzakirələrə səbəb olub və sosial şəbəkələrdə də maraqla qarşılanıb.


SON XƏBƏRLƏR