• Bakı 20° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

EAPCA-nın təqdimat mərasimi keçirildi - FOTO

SİYASƏT

26 Noyabr 2025 | 17:20 | Müəllif: Əli Hüseynov

EAPCA-nın təqdimat mərasimi keçirildi - FOTO

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının təqdimat mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə təşkilat rəsmiləri, deputatlar və media nümayəndələri iştirak ediblər.

EAPCA-nın Baş katibi Sahil Qasımov çıxış edərək qurumun fəaliyyəti və məqsədləri barədə məlumat verib.

Mərasim zamanı jurnalistlərə “Şərəf Medalı” və “Honorary Diploma” təqdim edilib.

Bildirilib ki, bu mükafatlar onların həm ölkə daxilində, həm də beynəlxalq informasiya müstəvisində jurnalistikanın inkişafına verdikləri töhfələrə görə verilib.

Qeyd edək ki, Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) Avropa və Avro-Atlantik məkanında fəaliyyət göstərən beynəlxalq lobbiçilik və diaspor platformasıdır.

Təşkilat 2024-cü ildə Brüsseldə təsis olunub və məqsədi Azərbaycan icmalarını birləşdirərək ölkənin milli maraqlarını qərb institutlarında müdafiə etməkdir.

EAPCA həm siyasi lobbiçilik, həm də media sahəsində aktiv fəaliyyət göstərir, Azərbaycanın suverenliyi ilə bağlı məsələlərdə beynəlxalq qurumların qərarlarına operativ reaksiya verir. Şura həmçinin diaspor təşkilatları arasında koordinasiyanı gücləndirməyi və informasiya müharibəsində Azərbaycanın mövqelərini möhkəmləndirməyi hədəfləyir.

Son illərdə təşkilat Avropada Azərbaycanın əleyhinə sənədlərə etiraz bəyanatları yayımlaması və ictimai diplomatiya təşəbbüsləri ilə diqqət çəkir.

Əli Hüseynov


EAPCA-nın təqdimat mərasimi keçirildi - FOTOEAPCA-nın təqdimat mərasimi keçirildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026