• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ceyhun Bayramov italiyalı spikerlə görüşdü

SİYASƏT

26 Noyabr 2025 | 21:31 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov italiyalı spikerlə görüşdü

İtaliyaya rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Parlamentinin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşərək strateji tərəfdaşlıq barədə müzakirə aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq, siyasi dialoqun dinamik inkişafı müzakirə edilib və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Hər iki tərəf ümumi maraqların və regional sabitliyin təmin olunması üçün enerji, ticarət, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

C.Bayramov qarşı tərəfi post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət barədə məlumatlandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026