• Bakı 12° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Londonda fermerlər etiraz aksiyası keçirib

    DÜNYA

    26 Noyabr 2025 | 15:00

    Londonda fermerlər etiraz aksiyası keçirib

    Bu gün Londonda dövlət büdcəsinin açıqlanmasından öncə fermerlər ailə sahibkarlığına tətbiq edilən vergi islahatları və miras vergisi ilə bağlı etiraz aksiyası keçiriblər.

    Bakıvaxtı.az “The Standard”a istinadla xəbər verir ki, etiraz aksiyası paytaxtın mərkəzində ciddi nəqliyyat sıxlığına səbəb olub.

    Polis tərəfindən traktorların şəhər mərkəzinə girişinə qoyulan qadağaya baxmayaraq onlarla fermer Vestminsterə traktor karvanı ilə daxil olub. Polis əməkdaşları Vestminster ətrafında təxminən 20 traktorun qarşısını kəsib, lakin digər bir qrup fermer Trafalqar meydanında ondan artıq traktoru park etməyə nail olub.

    Parlament binasının qarşısında “Fools vote Labour” (“Axmaqlar Leyboristlərə səs verir”) şüarı yazılmış traktor dayanıb. Fermerlər etirazlarını davamlı traktor siqnalları çalaraq bildiriblər. Səhər saatlarına təsadüf edən aksiya nəticəsində mərkəzi Londonda nəqliyyat demək olar ki, iflic vəziyyətinə düşüb.

    AZƏRTAC 


    SON XƏBƏRLƏR