• Bakı 12° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Kirayə vergisi 14%-dən 10%-ə endirilir

İQTİSADİYYAT

26 Noyabr 2025 | 14:14

Kirayə vergisi 14%-dən 10%-ə endirilir

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Dəyişikliklər sahibkarlığın təşviqi, vergi yükünün azaldılması və kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsini hədəfləyir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeniliklərin əsas istiqamətləri barədə ictimaiyyəti mərhələli şəkildə məlumatlandırır.

Bakıvaxtı.az-ın xəbərinə görə, Dövlət Vergi Xidmətinin əməkdaşı Şaiq Məmmədov bildirib ki, mənzillərin kirayəyə verilməsi rəsmi olaraq vergiyə cəlb olunan fəaliyyət olsa da, bazarda qeyri-rəsmi əməliyyatlar hələ də qalmaqdadır. Bu səbəbdən, prosesi rəsmiləşdirmək üçün həm inzibatçılığın sadələşdirilməsi, həm də vergi yükünün yüngülləşdirilməsi nəzərdə tutulub.

2025-ci il yanvarın 1-dən kirayə gəliri əldə edən vətəndaşlar üçün proses daha rahatlaşdırılıb. Artıq fiziki şəxslər vergi orqanında ayrıca uçota durmadan kirayə əməliyyatlarını idarə etmək üçün hüquqi və ya fiziki şəxs olan agent təyin edə biləcəklər. Bu agent vergi öhdəliklərinin yerinə yetirilməsinə cavabdeh olacaq.

Əsas yeniliklərdən biri isə fiziki şəxslərin digər fiziki şəxslərə kirayə verdiyi yaşayış sahələri üzrə vergi dərəcəsinin optimallaşdırılmasıdır. Vergi dərəcəsi 14%-dən 10%-ə endirilir ki, bu da ümumi vergi yükünün təxminən 30% azalması deməkdir. Məqsəd kirayə bazarında “ağarma”nı sürətləndirmək və könüllü əməletməni artırmaqdır.

Sahibkarlıq fəaliyyəti çərçivəsində, eləcə də hüquqi şəxslərə kirayəyə verilən əmlaklar üzrə isə 14%-lik mövcud vergi dərəcəsi dəyişmədən qalır.

Dəyişikliklər ümumilikdə vergidən yayınma hallarının qarşısını almaq, kirayə münasibətlərinin şəffaflaşdırılması və bu sahədə rəsmi müqavilələrin tətbiqini genişləndirməyi hədəfləyir.


SON XƏBƏRLƏR