Qəzza Bələdiyyəsi ərazidə 250 min tondan artıq zibilin toplanması, tullantı sularının küçələrə sızması və içməli su qıtlığı səbəbindən bölgə əhalisinin ciddi sağlamlıq və ekoloji təhlükə ilə üzləşdiyini bildirib.
Bakıvaxtı.az-ın məlumatına görə, bələdiyyənin sözçüsü Asim əl-Nabih qeyd edib ki, İsrailin davam edən hücumları nəticəsində texnika və yanacaq çatışmazlığı təmizləmə işlərini mümkünsüz edib.
O, beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağıraraq, vəziyyətin epidemiya riski yaratdığını vurğulayıb.
İsrailin iki illik hücumları nəticəsində Qəzzada infrastrukturun 90 faizi dağılıb, ümumi zərərin dəyəri 70 milyard dolları ötüb.
Əli Hüseynov
Bakı 


