• Bakı 20° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Təzəbinə sakinlərinə açarlar təqdim edilib - YENİLƏNİB

CƏMİYYƏT

28 Oktyabr 2025 | 13:55

Təzəbinə sakinlərinə açarlar təqdim edilib - YENİLƏNİB

Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç olub.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Təzəbinə kəndinə 17 ailə - 72 nəfər qayıdıb. Sakinlərə mənzillərin açarları təqdim edilib.

    Mərasimində çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, hər iki kənddə müasir infrastruktur qurulub, sakinlərin rahat yaşayışı, sosial rifahı və məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritet istiqamətlərindəndir. S. Qəhrəmanov vurğulayıb ki, kəndlərdə bərpa-quruculuq işləri planlı şəkildə aparılır, müasir yaşayış evləri, məktəb, sosial obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib.

    ***

    13:38

    Köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, Xocalı rayonunun Təzəbinə kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

        Bu mərhələdə Təzəbinə kəndinə 17 ailə - 72 nəfər köçürülüb.


        SON XƏBƏRLƏR