• Bakı 19° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

“Lukoyl” xarici aktivlərini satır

DÜNYA

28 Oktyabr 2025 | 10:20

“Lukoyl” xarici aktivlərini satır

Rusiyanın ən böyük neft şirkətlərindən biri “Lukoyl” xarici ölkələrdəki aktivlərini satmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı şirkətin Mətbuat xidməti yayıb. 

Bildirilib ki, şirkət artıq məsələ ilə bağlı müraciətlərin qəbuluna başlayıb. 

Bu barədə qərar isə ABŞ-nin bir neçə gün əvvəl Rusiya şirkətlərinə qarşı elan etdiyi sanksiyalar fonunda qəbul edilib.

Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də həmin şirkətlərin 34 törəmə strukturlarını yeni sanksiya paketinə daxil edib. Şirkət Yaxın Şərq, Azərbaycan, Qazaxıstan, ABŞ, Belçika, Niderland, İtaliya və digər ölkələrdə layihələrə sahibdir.


SON XƏBƏRLƏR

27 Oktyabr 2025