• Bakı 18° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

“Süni günəş” yaradılır

DÜNYA

28 Oktyabr 2025 | 16:27

“Süni günəş” yaradılır

Çin “süni günəş” adlandırılan BEST eksperimental termonüvə reaktorunun tikintisini 2027-ci ildə tamamlayacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Çin Elmlər Akademiyasının Plazma Fizikası İnstitutunun hazırladığı qurğu sənaye miqyasında elektrik enerjisi istehsal edən dünyanın ilk termonüvə stansiyası ola bilər.

400 tondan çox çəkisi olan reaktor nəhəng “termos” prinsipi ilə işləyir: güclü maqnitlər deyterium və tritiumdan ibarət qızmış plazmanı saxlamaq üçün -269 °C-yə qədər soyudulur.

Qeyd edək ki, bu, Çinin “süni günəş” adlandırılan ilk layihəsi deyil. Daha əvvəl EAST tokamakı da məhz belə adlandırılıb. EAST 2025-ci ilin əvvəlində plazmanı 1066 saniyə ərzində saxlayaraq dünya rekordu müəyyən etmişdi.


SON XƏBƏRLƏR