• Bakı 19° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Zəngəzurdan “Tramp yolu”na: Kreml təsir dairəsini qorumağa çalışır

SİYASƏT

28 Oktyabr 2025 | 10:08

Zəngəzurdan “Tramp yolu”na: Kreml təsir dairəsini qorumağa çalışır

Moskva Zəngəzur dəhlizi barədə narahatlığını hər fürsətdə ortaya qoyur.

Bakıvaxtı.az-ın məlumatına görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, Rusiya və Ermənistan arasında yüksək səviyyəli dialoqda “Tramp yolu” məsələsi müzakirə olunur. Rusiyalı diplomat vurğulayıb ki, məsələ yüksək səviyyəli dialoq çərçivəsində qaldırılır:

"Elə bir mövzudur ki, bu, qaldırılmaya bilməz. Ermənistan rəhbərliyinin bu məsələnin yalnız ABŞ ilə müzakirə olunduğu barədə bəyanatlarını xatırlatmaq istərdim. Amma bu mövzu vacibdir və əlbəttə, bizim yüksək səviyyəli dialoqumuzda da öz əksini tapmaya bilməz".

Kopırkin onu da qeyd edib ki, Moskvanın müxtəlif siyasi səviyyələrdə səslənən fundamental mövqeyi regionda real sülhə, vəziyyətin sabitləşməsi və çiçəklənməyə aparan istənilən addımı dəstəkləməkdir:

"“Tramp yolu” adlanan marşruta gəlincə, əməliyyat detalları və mexanizmləri haqqında daha konkret məlumat gözləyirik. Əvvəlcə bunun konkret olaraq nə olduğunu anlamalıyıq".

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Tural İrfan bildirib ki, Rusiya bölgədə öz təsir gücünü qoruyub saxlamaq istəyir.

Ekspertin sözlərinə görə, Rusiya dəhliz məsələsi üzərindən Ermənistana və Azərbaycana maksimum təzyiq göstərmək istəyir:

"Kreml Zəngəzur dəhlizi ilə bağlı ABŞ-nin nəzarətinə qarşı çıxır. Rusiyanın Azərbaycana təzyiqləri nəticəsiz qaldı. Azərbaycan prezidentinin apardığı hərtərəfli, səmərəli xarici siyasət nəticəsində ölkəmiz güclü müttəfiqlər və tərəfdaşlar qazandı. Rusiya münasibətlərin gərginliyinin ziyanına işləyəcəyini dərk edərək mövqeyini yumşaltmağa məcbur oldu. Hətta qəzaya uğratdığı Azərbaycan təyyarəsi ilə bağlı təzminat məsələsini həll edəcəyi öhdəliyi götürdü”.

Müsahibimiz burğulayıb ki, Rusiyanın Ermənistana təziqləri isə artır. Dediyinə görə, Kreml müxalifəti və kilsəni hakimiyyətin üstünə qaldırır, mümkün olduğu qədər öz maraqlarını zor gücünə tətbiq etmək istəyir:

“İndi də bir növ Ermənistandan "Tramp yolu" ilə bağlı hesabat tələb edir. Əməliyyat detalları və mexanizmləri haqqında daha konkret məlumat tələb etməkdə beynəlxalq hüquqa zidd davranır və ultimatum dilində danışmaqla bölgəni yenidən gərginlik meydanına sürükləyir".

Tural İrfan: Rusiya dəhliz məsələsi üzərindən Ermənistana və Azərbaycana təzyiq göstərmək istəyir

Analitik əlavə edib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşılaşması Rusiyanı narahat edir:

"Rusiya sülhdən doğan yeni reallıqda öz rolunun zəiflədiyini qəbul etmək istəmir. Fəqət ABŞ-nin işin içində olması, Avropa İttifaqı ölkələrinin müəyyən maraqları və bölgədə Rusiya təsirindən doğan narahatlığa qarşı olmaları Ukrayna müharibəsində dalana dirənmiş Moskvanın İrəvana qarşı hansısa sərt addımlar atmasını istisna edir".

Aydın Baxış


SON XƏBƏRLƏR

27 Oktyabr 2025