“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması gündəmdə deyil”. Bakıvaxtı.az fransızdilli erməni saytı “armenews.com”a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib:
"Əgər bu cür hadisələr baş verərsə, siz biləcəksiniz. KTMT ilə münasibətlərimizin formatı artıq açıqlanıb. İrəvan təşkilatın qərarlarının qəbulunda və sənədlərin hazırlanmasında iştirak etmir, həm də onlara müdaxilə etmir".
Onun sözlərinə görə, indiki mərhələdə Ermənistanın siyasəti belədir:
“Ermənistan xarici siyasətini öz maraqlarına və mövcud vəziyyətə uyğun olaraq, bəyan edilmiş diversifikasiya və tarazlıq prinsipinə əsaslanaraq aparır”.
Qeyd edək ki, noyabrın 26 və 27-də Bişkekdə keçiriləcək KTMT liderlərinin sammitində Ermənistanın iştirak etməyəcəyi daha əvvəl açıqlanmışdı.
Aydın Baxış
Bakı 



